Tərlan Abdullayev
10 fevral 2022 15:41 (UTC +04:00)

Tərlan Abdullayev

Avtomobillərdən maqintafon oğurlayan tutuldu - VİDEO

Bakıda avtomobilləri qarət edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xocəsən və Sulutəpə qəsəbələri ərazisində avtomobillərin şüşələrini qıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən Salyan rayon sakini Tərlan Abdullayev tutulub. Ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonunda 5, Qaradağ və Yasamal rayonlarında isə əlavə 2 avtomobildən pul, telefon, maqnitafon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.

T.Abdullayev saxlanılan zaman üzərindən narkotik vasitə olan heroin də aşkar edilib.

Saxlanılan şəxs barəsində 40-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

T.Abdullayevin digər cinayətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda avtomobilləri qarət edən tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2375

Oxşar yazılar

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

6 iyul 2025 , 22:44
Ucarda qəza-Xəsarət alanlar var  -FOTO

Ucarda qəza-Xəsarət alanlar var -FOTO

6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO

Şərurun kəndlərinə sel gəldi-VİDEO

6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var   - YENİLƏNİB

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB

6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı

Laçında yük maşını dərəyə aşdı

6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

6 iyul 2025 , 08:54