Avtomobil traktorla toqquşdu: Ölən və xəsarət alan var
09 dekabr 2021 09:28 (UTC +04:00)

Avtomobil traktorla toqquşdu: Ölən və xəsarət alan var

 

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə ötən gün Qayıdış -11 qəsəbəsi yaxınlığında qeydə alınıb.

Tahir Həziyevin idarə etdiyi "BMW 320" markalı avtomobil qarşı tərəfdə hərəkətdə olan Asif İbişovun idarə etdiyi "Belarus 80 x" markalı traktorla toqquşub. Nəticədə T. Həziyev hadisə yerində ölüb, avtomobildə olan Ramiz Abbasov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Füzuli Polis Şöbəsində cinayət işi başlanıb.

# 1353
avatar

Oxşar yazılar