Astarada maşın 100 metrdən dərəyə uçdu,  ölən var - YENİLƏNİB
20 sentyabr 2024 10:35 (UTC +04:00)

Astarada maşın 100 metrdən dərəyə uçdu, ölən var - YENİLƏNİB

Astarada avtomobil aşıb.

Lent.az xəbər verir ki, hadisə Asxanakəran kəndi istiqamətində baş verib. 72 yaşlı Şiriyev Şahin Xalıq oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobil dərəyə aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb, onun sərnişini 43 yaşlı Rzayev Mətləb Vaqif oğlu isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

***

19 Sentyabr 2024, Saat: 23:13

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə hadisə Astara rayonunun Motlayataq kənd vahidliyinə daxil olan Üləsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən, sürücü idarəetməni itirib və avtomobil 100 metr hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisə dağlıq ərazidə baş verib.

Şahin Şiriyev idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə bədən xəsarətləri alıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10557

Oxşar yazılar

Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47