Astara rayonunda cərəyanvurma nəticəsində ölən şəxsin kimliyi və hadisənin təfərrüatları məlum olub.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Astara rayonun Şüvi kənd ərazi inzibati ərazisinə daxil olan Səlivə kənd ərazisində baş verib. Kənd sakini, 2004-cü il təvəllüdlü Tofiq Abid oğlu Məlikov axşam saatlarında həyətyani bağda yetişdirdiyi sitrus meyvə ağaclarını suvarmaq məqsədi ilə su nasosunu işə salıb. Bu zaman onu elektrik cərəyanı vurub. T.Məlikov yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, T.Məlikov subay və ailənin tək oğlu idi.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
20.24
Astara sakinini elektrik cərəyanı vuraraq öldürüb.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Astara rayonunda vətəndaşı elektrik cərəyanı vuraraq öldürüb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır. Əlavə məlumat veriləcək.