Aslan azyaşlının baş dərisini qopartdı
25 may 2023 10:11 (UTC +04:00)

Aslan azyaşlının baş dərisini qopartdı

Türkiyədə aslan selfi çəkmək üçün qəfəsə girən ailəyə hücum edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.

Belə ki, zooparka gələn ailə qəfəsdə yatan aslana tamaşa edib. Həmin vaxt ailə aslanla selfi çəkmək üçün qəfəsə girib. Ailə qəfəsə girən zaman yatdığı yerdən sürətlə ayağa qalxan aslan balaca uşağa hücum edib.

Aslan azyaşlının baş dərisini qopardıb. Ətrafdakıların müdaxiləsi ilə ailə qəfəsdən çıxarılıb. Yaralı isə dərhal xəstəxanaya aparılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Arzu Qurbanlı

Oxşar yazılar