Arvadını boğaraq öldürənə AĞIR CƏZA
25 sentyabr 2021 16:26 (UTC +04:00)

Arvadını boğaraq öldürənə AĞIR CƏZA

Zərdabda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Məhərrəm Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində Rafael Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Aslanov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mart ayında rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1558

Oxşar yazılar