Voloqdada evlərin birində iki otaqlı mənzildə yanğın söndürülərkən qadın meyiti aşkarlanıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ölən 68 yaşlı yerli sakin olub.
Müstəntiqlər cinayət işi açıb və araşdırma zamanı qadının öldürüldüyü qənaətinə gəliblər. Polis cinayətkarın izinə düşüb. Onun mərhumun 38 yaşlı oğlu olduğu məlum olub.
O, saxlanılıb. Məlum olub ki, o, anasını öldürüb, bundan sonra mənzili yandırıb.
Şübhəli şəxs barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilib. Həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.