"Al Market"də karantin qaydaları pozuldu
16 dekabr 2021 17:40 (UTC +04:00)

"Al Market"də karantin qaydaları pozuldu

0

“Al Market”in Göyçayda fəaliyyət göstərən filiallarından birində karantin qaydaları pozulub.

Lent.az-ın məlumatına görə, yoxlamalar zamanı marketlər şəbəkəsinin Göyçaydakı filiallarından birində karantin rejimi qaydalarının pozulması aşkarlanıb. Bu baxımdan “Al Market” barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilib. İş hakim İbrahim Fəttahovun icraatına verilib.

Xatırladaq ki, həmin maddə əsasında “Al Market”I 400 manat məbləğində cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1878

Oxşar yazılar