Ağsuda şirkəti qarət edən qohumlar saxlanıldı
15 dekabr 2023 14:40 (UTC +04:00)

Ağsuda şirkəti qarət edən qohumlar saxlanıldı

Ağsuda şirkətdən oğurluq edən qohumlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, noyabr ayında rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birindən kondisionerlərin oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər, həmin şirkətdə çalışan Fərid Mütəllimzadə və onun qohumu Hüseyn Mirzəyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Fərid Mütəllimzadə işlədiyi yerdən oğurluq etməyi əvvəlcədən planlaşdırıb və kondisionerləri daşımağa ona köməklik etməsi üçün H.Mirzəyevi də cinayətə ortaq edib.

Oğurladıqları kondisionerlərdən ikisi F.Mütəllimzadənin yaşadığı evdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb, birini isə Şamaxı rayonuna apararaq orada satdıqları müəyyən edilib. 

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3666
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21