Ağsu dağlarında narkotik əkib-becərən  tutuldu - VİDEO
26 iyun 2026 11:29 (UTC +04:00)

Ağsu dağlarında narkotik əkib-becərən tutuldu - VİDEO

0

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyevi saxlayıb.

DİN mətbuata xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, ondan dağlıq ərazidə əkdiyi 59 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1218

Oxşar yazılar