Ağstafada minik avtomobili aşdı - 5 yaralı var
13 noyabr 2025 08:53 (UTC +04:00)

Ağstafada minik avtomobili aşdı - 5 yaralı var

0

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Ə. Məmmədova, 1984-cü ol təvəllüdlü G. Qarayeva, 1983-cü il təvəllüdlü N. Muğanova, 1988-ci il təvəllüdlü L. Cəlilova və 1984-cü il təvəllüdlü R. Əliyevdir.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar