Ağstafada 34 yaşlı kişi kafedə bıçaqlandı-YENİLƏNİB
25 may 2025 21:47 (UTC +04:00)

Ağstafada 34 yaşlı kişi kafedə bıçaqlandı-YENİLƏNİB

Mayın 25-i saat 15:00 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 1991-ci il təvəllüdlü şəxs döş qəfəsinin sağ tərəfində açıq yara diaqnozu ilə hospitalizasiya olunub.

Qazax Rayon Mərkəzi Xəstəxanasından Lent.az-a verilən məlumata görə, xəstəyə zəruri tibbi yardım göstərilib.

Onun vəziyyəti ağır qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.


***
20:31

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, insident rayonda yerləşən kafelərin birində qeydə alınıb.

Rayon sakini, 1991-ci il təvəllüdlü Cahangir Əlimərdanlı döş qəfəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır, polis əməkdaşları insidentin baş verdiyi məkanda araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566

Oxşar yazılar