Ağdamda bədbəxt hadisə baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Rayonun Üçoğlan kənd sakini İbrahimov Şəmsəddin Abdulla oğlu işlətdiyi "Dostluq" adlı kafenin həyətində elektrik lampasını dəyişərkən yüksəklikdən yıxılıb. Ş.İbrahimov kəllə-beyin travması ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.