Ağdamda ailə qurmaq üçün tanışına qoşulub evdən gedən 16 yaşlı qız tapılıb.
Lent.az xəbər verir ki, o, Bakıda tapılaraq ailəsinə təhvil verilib. Ekspertiza təyin olunub.
Onun qoşulub getdiyi Cavadzadə Əsəd İbrahim oğlu isə saxlanılıb.
Qeyd edək ki, hadisə iyul ayının əvvəlində Ağdam rayonunun Çəmənli kəndində qeydə alınıb. Kənd sakini olan 2008-ci il təvəllüdlü qız tanışı Cavadzadə Əsəd İbrahim oğluna qoşulub ailə qurmaq məqsədilə yaşadığı evi tərk edərək qaçıb.
Yaxınları onun tapılması üçün Ağdam rayon Polis Şöbəsinə müraciət edib.