Ağdamda DƏHŞƏT:  ata və iki övladı  su anbarında batdı -  YENİLƏNİB
04 iyul 2026 18:01 (UTC +04:00)

Ağdamda DƏHŞƏT: ata və iki övladı su anbarında batdı - YENİLƏNİB

0

Ağdam rayonundakı Xaçın su anbarında batan ata və iki övladının meyitləri sudan çıxarılıb.

Lent.az-ın xəbərinə görə, hadisə nəticəsində 41 yaşlı Şərif Şəmşəddin oğlu İsgəndərov, onun 18 yaşlı oğlu Tunar Şərif oğlu İsgəndərov və 17 yaşlı qızı Fidan Şərif qızı İsgəndərli boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları onların meyidlərini sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

16:33

Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında batan şəxslərin kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə nəticəsində 41 yaşlı Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 18 yaşlı Tunar Şərif oğlu İsgəndərov və 17 yaşlı Fidan Şərif qızı İsgəndərli suda batıblar.

Faktla bağlı araşdırma aparılır.

***

15:49

Ağdamda bədbəxt hadisə baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb. Uşaqlardan birinin həyatını xilas etmək mümkün olsa da, ata və digər azyaşlı övladının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(APA)

Ağdamda suda batan ata və iki övladının kimliyi məlum olub - YENİLƏNİB

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 666

Oxşar yazılar