Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
Lent.az-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.