Aeroport yolunda “Aero ekspress" avtobusu  evakuatorla toqquşdu -VİDEO
06 aprel 2025 12:04 (UTC +04:00)

Aeroport yolunda “Aero ekspress" avtobusu evakuatorla toqquşdu -VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.04.2025-ci il tarixində saat 22:30 radələrində Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Lent.az-a TƏBİB-dən xəbər verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Qeyd edilib ki, 1964-cü il təvəllüdlü şəxsə baldırın sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda Müştərək travma şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1985-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması ilə zəruri tibbi yardımlar göstərilib və dərhal Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.

 

***

saat 01.05

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

İlkin məlumata görə "Aero ekspress" avtobusu evakuatorla toqquşub.

Qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.

Avtobusun sürücüsünün sol aşağı ətrafından ağır xəsarət aldığı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1568

Oxşar yazılar