Azərbaycanda gəlin   qayınanası və baldızını qaynar çayla yandırdı
13 dekabr 2025 17:50 (UTC +04:00)

Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla yandırdı

0

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib.

Lent.az xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.

Kənd sakini 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib. Burada onunla qayınanası və baldızı arasında mübahisə yaşanıb. Mübahisə zamanı Süsən odun peçinin üstündəki isti çayniki götürərək, içərisindəki çayı qayınanasının üstündə töküb və qadının bədəninin 17 faizinə yanıq xəsarətləri vurub. Bu zaman baldızı çayniki Süsənin əlindən almaq istəyib. Lakin çaynikdəki qaynar çay onun da ayağının üstünə tökülüb.

Faktla bağlı Süsən İmanova barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və bir daha belə hərəkət etməyəcəyini bildirib.

Astara rayon Məhkəməsinin qərarı ilə Süsən İmanova barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar