Vaxtından əvvəl ölüm riskinə işarə edən gizli əlamət
13 dekabr 2025 12:02 (UTC +04:00)

Vaxtından əvvəl ölüm riskinə işarə edən gizli əlamət

0

Alimlər vaxtından əvvəl ölüm riskini müəyyən etməyə kömək edəcək test hazırlayıblar. Alimlər bildiriblər ki, sadə balans testi orta və yaşlı şəxslərdə vaxtından əvvəl ölüm riskinin mühüm göstəricisinə çevrilə bilər. Rio-de-Janeyroda yerləşən Clinimex klinikasının və Bristolin Tibb Məktəbinin beynəlxalq tədqiqat qrupu bir ayaq üstündə 10 saniyə dura bilməmək ilə hər hansı səbəbdən ölüm riskinin demək olar ki, iki dəfə artması arasında birbaşa əlaqə aşkar edib.

Lent.az xəbər verir ki, uzun illər ərzində davam edən bu araşdırma artıq tibbi ictimaiyyətdə geniş müzakirə olunur. Hələ 2009-cu ildə 51–75 yaş arasında olan 1702 nəfər sadə dayanıqlıq testindən keçmişdi. İştirakçılardan aşağıdakı hərəkətləri etmək tələb olunurdu: bir ayaq üstə dayanmaq, azad ayağın ön hissəsini dəstək ayağının baldırına qoymaq, əlləri bədən boyunca saxlamaq, qarşıya baxaraq 10 saniyə tərpənmədən durmaq.

Test heç bir dayağa və dəstəyə söykənmədən aparılırdı. Mütəxəssislər mövqeyi saxlaya bilənləri və tarazlığı itirənləri qeyd edirdilər.

Sonrakı illərin analizləri zamanı məlum olub ki, 10 saniyəni davam gətirə bilməyən insanların növbəti illərdə ölüm riski əhəmiyyətli dərəcədə yüksək olub. Tədqiqatçılar vurğulayırlar ki, balansın itirilməsi orqanizmin ümumi qocalma proseslərini, əzələ gücünün azalmasını, koordinasiyanın pisləşməsini və standart analizlərlə aşkar olunmayan gizli sağlamlıq pozuntularını əks etdirir. Alimlərin fikrincə, belə bir testin illik tibbi müayinələrə daxil edilməsi yaşa bağlı risklərin erkən diaqnostikası üçün effektiv vasitə ola bilər. Onlar hesab edirlər ki, balansın yoxlanılması 50 yaşdan etibarən profilaktik müayinənin məcburi hissəsinə çevrilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar