Tibb qardaşı "narkoz"da olan qızlara  təcavüz etdi
13 dekabr 2025 14:54 (UTC +04:00)

Tibb qardaşı "narkoz"da olan qızlara təcavüz etdi

1

Almaniyada reanimasiya və anesteziologiya şöbəsində çalışan 32 yaşlı tibb qardaşına pasiyentlərə qarşı törədilmiş bir sıra ağır cinsi cinayətlər üzrə ittiham irəli sürülüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, cinayətlər 2017-ci ilin aprelindən 2025-ci ilin avqustunadək tibb müəssisəsində baş verib. Həmin vaxt zərərçəkənlər ümumi narkoz altında və ya süni komada olduqları üçün köməksiz vəziyyətdə olublar.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs beş pasiyentə qarşı zorakı hərəkətlər törədib, onlardan biri isə 14 yaşlı qız olub. Cinayətlərini gizlətmək məqsədilə o, xidməti mövqeyindən və huşsuz vəziyyətdə olan pasiyentlərin ona tam asılılığından istifadə edib. Bundan əlavə, araşdırma zamanı müəyyən edilib ki, o, törətdiyi cinayətlərin bəzi epizodlarını videoya çəkərək kriminal məzmunlu videomateriallar hazırlayıb.

Tibb qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun yaşayış yerində aparılan axtarışlar zamanı pasiyentlərə qarşı hücumlarla bağlı sübutlarla yanaşı, uşaq pornoqrafiyası da aşkar edilib. Bu fakt onun qanunsuz meyllərinin sistemli və son dərəcə ağır xarakter daşıdığını göstərir.

Məhkəmə nümayəndəsi vurğulayıb ki, bütün cinayətlər qurbanların son dərəcə köməksiz və həssas vəziyyətdə olduqları şəraitdə törədilib. Onlar fiziki olaraq müqavimət göstərə və ya kömək istəyə bilməyiblər. Hazırda uzun illəri əhatə edən bu cinayət işi üzrə bütün epizodların araşdırılacağı məhkəmə baxışına hazırlıq işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 350

Oxşar yazılar