Bakının Nəsimi rayon sakini polisə müraciət edərək ona məxsus “Hyundai” markalı avtomobildən pul və bank kartının talanmasını bildirib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Bayramov saxlanılıb.
Araşdırmalarla onun avtomobilin qapısının açıq olmasından istifadə edərək talama cinayəti törətdiyi məlum olub. Bununla kifayətlənməyən E.Bayramov oğurladığı bank kartından da 479 manatı çıxararaq talayıb.
Araşdırma aparılır.