Naxçıvana 25 sm qar yağıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 5, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 1 sm qeydə alınıb.