"Mercedes"in 10 ən etibarlı  modeli
13 dekabr 2025 16:40 (UTC +04:00)

"Mercedes"in 10 ən etibarlı modeli

0

Mercedes-Benz GL-Class X164 kuzovunda Mercedes-Benz markasının ən etibarlı avtomobilləri reytinqinə başçılıq edib.

Lent.az xəbər verir ki, bu barədə HotCars portalı məlumat yayıb. Portalın ekspertləri etibarlılıq göstəriciləri, texniki xidmət xərcləri, geri çağırma kampaniyaları və istifadəçi rəylərini, o cümlədən J.D. Power və RepairPal kimi müxtəlif analitik şirkətlərin məlumatlarını təhlil ediblər.

Mercedes-Benz-in ən etibarlı modelləri siyahısında ikinci yeri M-Class (W164) tutur. İlk üçlüyü isə əfsanəvi yolsuzluq avtomobili Mercedes-Benz G-Class (W463) tamamlayır.

Etibarlılıq üzrə ilk onluğa həmçinin aşağıdakı modellər daxil olub: Mercedes-Benz S-Class (W126), Mercedes-Benz W124, Mercedes-Benz S-Class (W140), 2016-cı il buraxılışlı Mercedes-Benz C-Class (W205), 2010-cu il buraxılışlı Mercedes-Benz C-Class (W204), 2014-cü il buraxılışlı Mercedes-Benz E-Class (W212) və Mercedes-Benz W123.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar