Bakıda səhvən   sirkə turşusu içən kişi öldü
13 dekabr 2025 11:30 (UTC +04:00)

Bakıda səhvən sirkə turşusu içən kişi öldü

0

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospektində qeydə alınıb.

47 yaşlı Asif Nadir oğlu Əliyev dekabrın 9-da yaşadığı evdə səhvən sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən Asif Əliyev görülən tədbirlərə baxmayaraq, dekabrın 12-də orada ölüb.

Araşdırma aparılır.

Qeyd edək ki, Göyçayda da qadının sirkə turşusundan zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar