Messi tədbiri tez tərk etdi, təşkilatçı saxlanıldı
13 dekabr 2025 19:56 (UTC +04:00)

Messi tədbiri tez tərk etdi, təşkilatçı saxlanıldı

0

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messinin iştirakı ilə Kəlküttədəki “Salt-Leyk” stadionunda keçirilən tədbirin təşkilatçısı futbolçunun azarkeşlərinin arenada iğtişaş törətməsindən sonra saxlanılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Qərbi Benqaliya ştatının qubernatoru Ananda Boze açıqlamasında deyib. Boze həmçinin qeyd edib ki, hazırda hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Bundan əlavə, Qərbi Benqaliyanın baş naziri Mamata Banerci Messi və narazı azarkeşlərdən üzr istəyib:

“Bu gün Salt-Leyk stadionunda gördüyüm qeyri-peşəkar idarəetmə məni dərindən narahat etdi və şoka saldı. Mən minlərlə idmansevər və azarkeşin sevimli futbolçuları Lionel Messini heç olmasa bir anlıq görmək üçün toplaşdığı tədbirdə iştirak etmək məqsədilə stadiona yollanırdım. Bu xoşagəlməz hadisəyə görə Lionel Messidən, eləcə də bütün idmansevərlərdən və onun azarkeşlərindən səmimi şəkildə üzr istəyirəm”.

Daha əvvəl bildirilmişdi ki, azarkeşlər tədbirə qatılmaq üçün pul ödəmələrinə baxmayaraq, meydanı tez tərk edən Messini lazımi şəkildə görə bilmədikləri üçün vandalizm aktı törədiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar