Tbilisidə “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin finalı başa çatıb.
APA-nın yerli bürosu xəbər verik ki, ölkəmizi müsabiqədə “Miau Miau” mahnısı ilə təmsil edən Yağmur Nəsrullayeva 66 xalla 15-ci yeri tutub.
Azərbaycana ən yüksək 12 xalı verən ölkə olmayıb. Azərbaycan isə ən yüksək xalı İtaliya təmsilçisinə təqdim edib.
Müsabiqənin qalibi 248 xalla Fransa olub. İkinci yeri 177 xalla Ukrayna, üçüncü yeri isə 176 xalla Gürcüstan tutub.
Qeyd edək ki, Azərbaycan sonuncu dəfə “Uşaq Avroviziyası” müsabiqəsində 2021-ci ildə iştirak edib. Təmsilçimiz Sona Əzizova 151 xalla 5-ci yeri tutmuşdu. Bu göstərici Azərbaycanın müsabiqədə iştirakı tarixində ən yaxşı nəticədir.