Abşeronda əməliyyat keçirilir.
Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində həyata keçirilir.
Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.