Şamaxı sakinini güllələyən yerlisi saxlanıldı - YENİLƏNİB
27 noyabr 2019 19:50 (UTC +04:00)

Şamaxı sakinini güllələyən yerlisi saxlanıldı - YENİLƏNİB

Şamaxı sakinini güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Şirvan Regional qrupundan Lent.az-a verilən məlumaat görə, hadisəni törədən Şamaxı şəhər sakini Əsgərov Vurğun saxlanılıb. Belə ki, naməlum səbəbdən Əsəgrov Vurğun Hacıyev Şəfaətə ov tüfənginin rezin gülləsindən atəş açıb. Hadisənin hansı səbəblə törədilməsi araşdırlır.

***

27.11.2019

saat: 19:50

Şamaxıda güllələnmə hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində qeydə alınıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Hacıyev Şəfaət Əlibala oğlu ov tüfəngindən açılan atəş nəticəsində sinəsindən və əlindən xəsarət alıb.

Yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000
avatar

Mehman Nəbiyev

Oxşar yazılar