Məktəblini maşın vurub, vəziyyəti ağırdı
24 noyabr 2019 00:22 (UTC +04:00)

Məktəblini maşın vurub, vəziyyəti ağırdı

 

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yolu keçmək istəyən Ələkbərov Süleyman Çingiz oğlunu maşın vurub. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaralı hazırda Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparılıb. 

Qeyd edək ki, xəsarət alan şəxsin məktəbli olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1830
avatar

Oxşar yazılar