Karaoke klubdan oğurluq olub
12 may 2020 13:52 (UTC +04:00)

Karaoke klubdan oğurluq olub

Bakının Nəsimi rayonunda klubdan və avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsində yaşayış binasının zirzəmisində yerləşən karaoke klubundan oğurluq edilib. Naməlum şəxs obyektin giriş qapısının açarını qıraraq içəridən televizor və noutbuk oğurlayaraq hadisə yerindən qaçıb.

Oğurluq zamanı obyekt sahibinə ümumilikdə 800 manat ziyan dəyib. Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Cəmil Mirzəyev saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları 127 manata satdığını bildirib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu Səməd Vurğun küçəsində bir “VAZ 2121” markalı avtomobilin salonundan iki ədəd mobil telefon oğurlayaraq satdığı da məlum olub.

Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696

Oxşar yazılar

"Şərurlu İsfəndiyar"  məhkəmədə dindirildi

"Şərurlu İsfəndiyar" məhkəmədə dindirildi

22 may 2025 , 16:57
Hüseyn Həsənov 100 milyonluq evini  ona verdi - YENİLƏNİB

Hüseyn Həsənov 100 milyonluq evini ona verdi - YENİLƏNİB

22 may 2025 , 15:50
Xırdalanda FACİƏ:  1 yaşlı uşaq yandı

Xırdalanda FACİƏ: 1 yaşlı uşaq yandı

22 may 2025 , 15:28
Mingəçevirdə evdə PARTLAYIŞ   - VİDEO

Mingəçevirdə evdə PARTLAYIŞ - VİDEO

22 may 2025 , 14:53
Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  - YENİLƏNİB

Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

22 may 2025 , 14:43
İnəyi xilas etmək istədi, özü öldü

İnəyi xilas etmək istədi, özü öldü

22 may 2025 , 12:12
Dörd nəfər bataqlığa   düşüb öldü

Dörd nəfər bataqlığa düşüb öldü

22 may 2025 , 11:57
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

22 may 2025 , 11:29