Dəniz quldurları balıqçı gəmisini qaçırdı
29 avqust 2020 09:34 (UTC +04:00)

Dəniz quldurları balıqçı gəmisini qaçırdı

Qvineya körfəzində dəniz quldurları balıqçı gəmisini qaçırıblar.

APA xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi sahəsində məlumatlar üzrə ixtisaslaşan “Dryad Global” portalı məlumat yayıb.

Məlumata görə, hücum Lome limanından (Toqo) 95 dəniz mili cənubda baş verib. Dəniz quldurları “AP-703” gəmisinin göyərtəsinə qalxaraq onu qaçırıblar. Gəmi hazırda şərqə doğru hərəkət edir. Gəminin qaçırılması ilə bağlı yerli hakimiyyət orqanlarına məlumat verilib və hazırda lazımi tədbirlər görülür.

Qeyd edilir ki, şimalda Seneqaldan cənubda Anqolaya qədər uzanan Qvineya körfəzi son vaxtlar dəniz quldurlarının hücumları baxımından dünyanın ən təhlükəli bölgəsinə çevrilib. Bu ilin birinci rübündə dünyada dəniz quldurluğu hadisələrinin 45%-i bu körfəzdə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1762
avatar

Oxşar yazılar