Pirallahıda balıqçı itkin düşüb.
APA-nın məlumatına görə, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Səfa Əliyev balıq tutmaq üçün Pirallahı qəsəbəsində yerləşən estakadaya gedib. Həmin gündən onunla əlaqə kəsilib. Onun dənizə düşdüyü ehtimal edilir.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.