Azay Quliyev Ankarada TBMM-in vitse-spikeri ilə görüşüb
27 noyabr 2019 15:42 (UTC +04:00)

Azay Quliyev Ankarada TBMM-in vitse-spikeri ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclsinin deputatı, Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının (Bakı Parlament Platforması – BPP) koordinatoru Azay Quliyev noyabrın 27-də Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri, TBMM-in BPP-dəki nümayəndə heyətinin rəhbəri Süreyya Sadi Bilgiçlə görüş keçirib.

Bu barədə Lent.az -a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib.

Görüşdə 12 iyun 2019-cu il tarixdə Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının təsis yığıncağında Azərbaycan, Almaniya və Türkiyə parlamentlərini təmsil edən nümayəndə heyətləri tərəfindən yaradılmış Bakı Parlament Platformasının “Təməl Prinsipləri”, BPP-nin fəaliyyətinin əsas istiqamətlərini özündə ehtiva edən 4 “sütun” (“Regional Təhlükəsizlik”, “Humanitar Məsələlər”, “İqtisadi Əməkdaşlıq, Bağlantılar, Nəqliyyat və Kommunikasiyalar” və “Beynəlxalq Hüququn və Çoxtərəfliliyin Müdafiəsi”), 2020-ci ilin iyun ayında baş tutacaq 1-ci Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının təşkilati məsələləri və qurumun işinə digər ölkələri təmsil edən nümayəndə heyətlərinin də cəlb edilməsi imkanları müzakirə edilib.

Görüş iştirakçıları Bakı Parlament Platformasının parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, regional təhlükəsizliyin təşviqi, eləcə də qarşılıqlı inam və dialoq mühitinin qorunması istiqamətində yüksək potensiala malik olan bir təşkilat olduğunu qeyd edərək BPP-nin fəaliyyətinin bundan sonra da genişləndirilməsinə, yeni tərəfdaşlarla əlaqələrin qurulmasına ehtiyacın olması barədə razılığa gəliblər.

Görüşdə Bakı Parlament Platformasının İşçi Heyətinni rəhbəri Anar Orucov da iştirak edib.

Qeyd edək ki, Bakı Parlament Platformasının iclasları hər ilin iyun ayında Bakı şəhərində keçirilir. Hazırda BPP-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann və Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin rəhbərlik etdikləri nümayəndə heyətləri üzv qismində iştirak edir.

Hər 3 nümayəndə heyətinin gəldiyi razılığa əsasən, hazırda digər ölkələrin Platformaya üzvlüyü ilə bağlı işlər aparılır. Bu çərçivədə 26 noyabr 2019-cu ildə Azay Quliyev və Bahar Muradova İtaliya, Gürcüstan və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar