Biləsuvarda mağaza qarət olunub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, ötən il iyunun 11-də rayon ərazisindəki mağazaların birindən 6000 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı oğurlanıb.
Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Kərimov saxlanılıb.