Bakı metrosunda qatarlar arasında gecikmə yaranıb.
Bu barədə Lent.az-a "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, "Həzi Aslanov-Dərnəgül" xətti üzrə hərəkətdə olan qatarda nasazlıq yaranıb:
"Bu səbəblə sərnişinlər 28 May stansiyasında düşürdülüb. Köməkçi qatar reysə buraxılıb. Ancaq təlimata əsasən, sərnişinlər bu qatardan da düşürülüb və qatar xəttdən çıxarılıb. Nəticədə 12 dəqiqəlik yubanma baş verib".