Ümumilikdə, son 20 ildə dünyada 1,7 minə yaxın jurnalist öldürülüb ki, bu da 2012-ci ildən 2015-ci ilə qədər olan dövrdə ən çox olub.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının hesabatında 2024-cü ildə jurnalistlərə qarşı hücumların, xüsusən də bu il qeydə alınan jurnalist qətllərinin yarısının cəmləşdiyi münaqişə zonalarında narahatlıq doğuran artımı sənədləşdirilib.
"Dünyanın müxtəlif yerlərində - İraq, Sudan, Myanma, Ukrayna və Qəzza müharibəsi zonasında münaqişə zonalarını işıqlandırarkən öldürülən jurnalistlərin sayı son 5 ilin ən yüksək həddinə çatıb", - hesabatda deyilir.
Məlumata görə, jurnalistlər üçün ən təhlükəli bölgə Qəzza olub: Qəzza zolağı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin təxminən 30 faizni təşkil edib.
Asiyaya gəldikdə, Pakistanda (7) və Banqladeşdəki nümayişlər zamanı (5) öldürülən jurnalistlərin sayının çox olması səbəbindən 2024-cü ildə medianın ən çox öldüyü ikinci region olaraq qalır.
Hesabata görə, 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan bəri Ukraynada azı 13 jurnalist öldürülüb.
Bu günə qədər dünyada 550 jurnalist həbs olunub ki, bu da ötən illə müqayisədə 7 faiz çoxdur. Ən çox həbs edilən jurnalistlər aşağıdakı ölkələrdədir:
• Çin (Honq-Konq daxil olmaqla 124);
• Myanma (61);
• İsrail (41);
• Belarus (40).
Onu da əlavə edək ki, bu il daha 8 media işçisi həbs edilib, 34 ölkədə 100 jurnalist hələ də itkin düşmüş hesab olunur.