Gürcüstanda 13 yaşlı azərbaycanlı qız uşaq dünyaya gətirib.
Lent.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi Marneulidə baş verən faktla bağlı istintaq başladıb.
"İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsinin 1-ci hissəsi ilə aparılır" , - qurumdan bildirilib.
Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsi 16 yaşına çatmamış şəxsin bədəninə cinsi xarakterli nüfuz etmə ilə bağlı cinayəti nəzərdə tutur. Bu maddəyə əsasən, 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.
Məlumat üçün bildirək ki, hüquq müdafiəçisi Samira Bayramova sosial şəbəkədə Marneulidə 13 yaşlı qızın doğum klinikasında əkiz uşaq dünyaya gətirdiyini yazıb. Onun sözlərinə görə, körpələrdən biri vəfat edib, digərinin isə vəziyyəti ağırdır. Bildirilir ki, azərbaycanlı qızın ərə verildiyi şəxs Gürcüstan vətəndaşıdır.