Mingəçevirdə 12 yaşlı yeniyetmə qidadan zəhərlənib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xan Şuşinski küçəsi, birinci döngədə qeydə alınıb.
Yaşıdları ilə qida və içki məhsulları qəbul edən 2009-cu il təvəllüdlü şəhər sakini Abdullayev Ömər Əfqan oğlu halsız vəziyyətdə düşüb. İlkin müayinə zamanı yeniyetmənin zəhərləndiyi müəyyən edilib və o, xəstəxanaya yerləşdirilib.