Əfqanıstanda qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb
Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus Əfqanıstanda qəzaya uğrayan İL-76 təyyarəsinin səbəblərini araşdıran komissiya üzvləri təyyarənin “qara qutu”larından birini tapıb.
Lent.az-ın məlumatına görə, bunu iyulun 21-də keçirilən mətbuat konfransında təyyarənin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri və AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib. AZAL nümayəndəsi bəyan edib ki, artıq yeganə məqsədləri qəzada ölənlərin cəsədlərinin ölkəyə gətirilməsidir.
O bildirib ki, qəzada ölənlərin cəsədlərini əldə etmək olduqca çətindir. İ. Əmirov qəzanı araşdırmağa Azərbaycanın bütün imkanlarının olduğunu, ancaq təəssüf ki, buna icazə verilmədiyini qeyd edib: “Bununla belə, Əfqanıstan tərəfindən yaradılmış komissiyanın tərkibində bizim də nümayəndələrimiz təmsil olunur. Onların bəziləri viza müddətləri bitdiyi üçün ölkəyə qayıdıblar, bəziləri isə Əfqanıstan qəzanı araşdıran komissiyanın tərkibində fəaliyyətlərini davam etdirirlər”.
AZAl rəsmisi bəyan edib ki, qəza baş verən yer çox təhlükəli olduğu üçün ora heç kim gedə bilmir: “Nə Əfqanıstan Nəqliyyat Nazirliyinin, nə də oradakı NATO rəsmiləri qəza yerinə yaxınlaşa bilməyib”.
Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan İl-76 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.
Anar GƏRAYLI

491