BŞBPİ-də geniş əməliyyat müşavirəsi keçirilir
APA-nın məlumatına görə, müşavirə 2011-ci ilin I yarısının yekunlarına həsr olunub. Müşavirədə çıxış edən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, Elxan Həsənov Azərbaycanın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təminində Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının var qüvvəsi ilə çalışdığını bildirib. O, hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatın, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirildiyini qeyd edib.
Müşavirə hesabat məruzələri ilə davam etdirilir. Müşavirədə, həmçinin son günlər Bakı şəhərində qeydə alınan ağır cinayət hadisələri ilə bağlı da müzakirələrin aparılacağı gözlənilir
Müşavirə hesabat məruzələri ilə davam etdirilir. Müşavirədə, həmçinin son günlər Bakı şəhərində qeydə alınan ağır cinayət hadisələri ilə bağlı da müzakirələrin aparılacağı gözlənilir
446