Hakim “2 aprel məhbusları”nı qəfəsdən azad etdi
Bu barədə Lent.az-a vəkil Yalçın İamnov məlumat verib.
O bildirib ki, prosesdə bitərəf Elnur İsrafilov və AXCP üzvü Arif Alışlının sərbəst ifadələri dinlənilib.
Vəkilin sözlərinə görə, prosesdə müdafiə tərəfi 4 vəsatət qaldırıb. Onlardan yalnız biri təmin olunub.
Yolverilməz sübutların məhkəmə baxışından xaric olunması, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin şahid qismində prosesə cəlb edilməsi və məhkəmə iclaslarının video və audio çəkilişlərinin təmini ilə bağlı vəsatətlər təmin olunmayıb.
Bununla belə, təqsirləndirilən şəxslərin dəmir qəfəslərdən çıxarılaraq, vəkillərinin yanında əyləşməsi ilə bağlı qaldırılan vəsatət hakim tərəfindən təmin edilib.
Növbəti proses iyulun 22-də saat 11-də keçiriləcək.
Qeyd edək ki, bugünkü prosesin təqsirləndirilən şəxs qismində iştirakçıları AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazov, Müsavat üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovdur.
Xatırladaq ki, həmin şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
Anar GƏRAYLI

449