Prokuror AXCP Rəyasət Heyətinin üzvünə iş istədi
19 iyul 2011 17:28 (UTC +04:00)

Prokuror AXCP Rəyasət Heyətinin üzvünə iş istədi

0
Bu barədə Lent.az-a məlumat verən vəkil Əlayif Həsənov bildirib ki, prosesdə məhkəmə istintaqının bitdiyi elan olunub və dövlət ittihamçısı AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənliyə hökm istəyib.

Vəkilin sözlərinə görə, dövlət ittihamçısı hakimdən Ş. Həsənlinin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses Ş. Həsənlinin vəkillərinin müdafiəyə hazırlaşması üçün iyulun 21-nə təyin edilib.

Qeyd edək ki, Ş. Həsənli Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 609

Oxşar yazılar