Dəmiryolu relslərini oğurlayan Beyləqan sakini yaxalanıb
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadla xəbərinə görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Daşburun-Bəhrəmtəpə mənzilinin 166-167-ci km-dən 31 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Elməddin Qəhrəmanov yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
478