“Binə”də valyutadəyişmə məntəqəsinə basqınla bağlı tutulan yoxdur
18 iyul 2011 11:18 (UTC +04:00)

“Binə”də valyutadəyişmə məntəqəsinə basqınla bağlı tutulan yoxdur

Bu barədə Lent.az-a Qaradağ rayon Prokurorluğundan məlumat daxil olub.

Xatırladaq ki, iyulun 14-də “Binə” Ticarət Mərkəzində valyutadəyişmə məntəqəsinə silahlı basqın olub, orada işləyən Naxçıvan şəhər sakini, 25 yaşlı Əli Əliyev qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılarkən ölüb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətkarlar hadisə yerindən 50 min manat pul oğurlayıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bu gün mətbuatda yayılan məlumatda bildirilirdi ki, faktla bağlı bir nəfər keçmiş məhkum saxlanılıb. Onun ticarət mərkəzində arabaçı işlədiyi qeyd olunur.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar