Günün tarixi
17 iyul 2011 08:00 (UTC +04:00)

Günün tarixi

1487. Səfəvilər Dövlətinin banisi Şah İsmayıl Xətai anadan olub

1790. Məşhur iqtisadçı, əmək nəzəriyyəsinin banisi Adam Smit vəfat edib

1868. Yaponiyanın paytaxtı Kiotodan Tokioya köçürülüb

1915. Almaniya və Avstriya Bolqarıstanla məxfi əməkdaşlıq protokolu imzalayıb

1918. Rus çarı II Nikolay və ailəsi Yekaterinburqda qətlə yetirilib

1920. Bolşeviklər Cümhuriyyət dövrü Gəncə şəhərinin general qubernatoru Teymur Məlikaslanov barədə qiyabi ölüm hökmü verib

1937. Ombudsman Elmira Süleymanova anadan olub

1942. Stalinqrad döyüşü başlayıb

1944. Çikaqo limanında hərbi sursatla dolu 2 gəminin toqquşması nəticəsində 320 nəfər ölüb, 400-dən çox insan xəsarət alıb

1945. Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə Potsdam konfransı başlayıb

1953. Aktyor Telman Adığözəlov anadan olub

1954. Alman kansler Angela Merkel anadan olub

1962. Sovetin “Lenin komsomolu” atom sualtı qayığı şimal qütbünə çataraq oradan sovet rəhbərliyinə məruzə edib

1967. Jurnalist Elmar Hüseynov anadan olub

1973. Əfqanıstanda monarxiya devrilib, respublika idarəçilik sistemi bərqərar olub

1975. ABŞ-ın “Apollo” və SSRİ-nin “Soyuz” kosmik gəmiləri fəzada birləşib

1986. SSRİ – ABŞ telekörpüsündə sovet tamaşaçısının “SSRİ-də seks yoxdur” sözü sonradan məşhur ifadəyə çevrilib

1989. Vatikan və Polşa arasında diplomatik münasibətlər bərpa edilib

2001. Tarixçi Sara Aşurbəyli vəfat edib.

Günün aforizmi

“...Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq..."

Venesiyalı tacirin Şah İsmayıl barədə dediklərindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar