“Azər-Ross”un təsisçisini qətlini sifariş verən şəxs və qatillər yaxalandı
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu iyulun 11-də saat 13.00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsi, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanması ilə bağlı birgə məlumat yayıb. Lent.az-ın verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə yaydığı məlumatda bildirilir ki, fakt üzrə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.
Aparılan prosessual və əməliyyat araşdırmaları zamanı məlum olub ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya Federasiyasının vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib. Onlar may ayının sonlarında görüşüb qətlin ilkin olaraq 36 min dollar müqabilində həyata keçirilməsinə razılaşıblar. Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fəriman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olaraq Əflatun Piriyevi öldürüb, Əmiraslan Əhmədovu isə ağır yaralayıb hadisə yerindən qaçıblar.
Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Daxili İşlər Nazirliyinin Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fəriman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıblar. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar.
İşin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

785