Bakıda qanunsuz fəaliyyət göstərən kazino aşkarlandı
Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən həyata keçirilən operativ nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi, 61 ünvanında yerləşən ictimai iaşə obyektinin bir hissəsində kompüter vasitəsilə uduşlu oyunların keçirildiyi kazino aşkar edilib. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, obyektin mülkiyyət hüququ Nəcəfov Elnur Elşad oğluna məxsusdur və etibarnamə əsasında fiziki şəxs Vəliyev Fikrət Eyvaz oğluna verilib.
Özünü kazinonun məsul operatoru kimi təqdim edən Malyuqa Tatyana Viktorovnanın Ukrayna Respublikasının vətəndaşı olduğu müəyyənləşdirilib. Tədbir zamanı maddi sübut kimi əhəmiyyət kəsb edən və qanunsuz əldə olunan gəlirlər barədə məlumatların daşıyıcısı olduğu ehtimal edilən 14 ədəd kompüter prosessoru, müxtəlif qeydlər aparılan “qara mühasibatlıq” sənədləri aşkar edilərək götürülüb.
Kazinoda olan müştərilərdən də müvafiq izahat alınıb, həmin izahatlar əsasında həqiqətən də kazinoda qanunsuz olaraq pul uduşlu oyunların keçirildiyi sübuta yetirilib. Hazırda qanunsuz oyunların təşkilatçılarının dəqiqliklə müəyyən edilməsi, əldə olunan gəlirlərin həcminin dəqiqləşdirilməsi və vergi qanunvericiliyinin tələblərinin tətbiqi istiqamətində işlər davam etdirilir.

759