Müdafiə Nazirliyi zabitlərin korrupsiya ilə bağlı açıqlamalarına münasibət bildirdi
APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib ki, baş verənlərin yerində araşdırılması üçün MN-in Tərbiyəvi İşlər üzrə İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov həmin hərbi hissəyə ezam olunub. E.Sabiroğlu baş verənlərin yerində araşdırıldığını və başqa məqamların ortaya çıxdığı deyib.
Mətbuat konfransında iştirak edən polkovnik Vaqif Məmmədov deyib ki, Qasımov Ramin Əliağa oğlu öz tabeliyində olan 2 əsgəri vəzifə borclarını yerinə yetirərkən döyüb: “4 iyul 2011-də Fizuli Qarnizonu Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 331.3-ci maddəsi ilə cinayət işi başlanıb. Kapitan Ramin Qasımov isə hərbi hissə komandanlığına xəbərdarlıq edərək qisas alacağını deyib. Onun əxlaqında da problemlər var. Azərbaycan zabitinə yaraşmayan hərəkətlər edib. Şəxsi əşyalarının içində çoxlu sayda spirtli içki, hətta sulu qəlyan belə aşkar olunub”.
O, kapitan Ramin Qasımovla şəxsi söhbət apardığını da deyib: “Leytenant Əsgərov Əsgər və gizir Rzayev Şahlar isə Ramin Qasımov tərəfindən aldadılaraq çəkilişə cəlb edildiklərini deyiblər. Həmin hərbçilər izahatlarında bu məsələyə ətraflı aydınlıq gətiriblər”.
V. Məmmədov bildirib ki, R. Qasımov hazırda hərbi hissədə xidmətini davam etdirir və cinayət işinin nəticəsində uyğun olaraq müvafiq tədbir görüləcək: “Bu video çəkilişlə bağlı hələ cinayət işi qaldırılmayıb. Onu prokurorluq orqanları araşdırır”.
V. Məmmədov məvacib kartlarının mülki şəxslərdə girov saxlanılmasına da münasibətini bildirib: “Mən orada olduğum müddətdə apardığım araşdırmada belə faktla rastlaşmadım. Müdafiə Nazirliyi kifayət qədər vəsait ödəyir ki, hərbi birləşmələrin maddi-texniki təminatı həyata keçirilsin”.
Qeyd edək ki, sözügedən video-müraciətdə zabitlər onların əmək haqlarının hesabına hərbi hissədə təmir işlərinin aparıldığını bildiriblər.

811