DİN: Basqınçı “Binə” ticarət mərkəzindən 50 min manat aparıb
İyulun 14-də saat 9.15 radələrində maska taxmış silahlı naməlum şəxs “Binə” ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə gəlib odlu silahdan atəş açaraq oranın işçisi Əli Əliyevə xəsarət yetirib, 50 min manat götürərək hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Əli Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla əlaqədar cinayət işi başlanıb. Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

429