Qaradağda  “Mercedes” və “VAZ-2106” toqquşub
14 iyul 2011 12:51 (UTC +04:00)

Qaradağda “Mercedes” və “VAZ-2106” toqquşub

İyulun 13-də saat 17.00 radələrində Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Nahid Quliyevin idarə etdiyi “Mercedes” markalı və Salyan rayon sakini Şahmar Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şahmar Hüseynov hadisə yerində ölüb, xəsarət almış sərnişini, Rusiya Federasiyası vətəndaşı Nadejda Hüseynova, habelə Nahid Quliyev xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar